Bahar aylarında ən çox narahatlıq doğuran hallar

Bahar aylarında ən çox narahatlıq doğuran hallar

Yazın gəlişi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də fəallaşmasına səbəb olur. Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişərək yuxu nizamına təsir edir.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, fəsil dəyişikliyi zamanı baş verən bəzi hallar orqanizmin kifayət qədər dincələ bilməsinə, davamlı yorğunluğa və unutqanlığa səbəb olur.
Yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər birinci sırada dayanır. Statistikaya görə, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində gözdə qızartı, qaşınma və reaksiya ilə əlaqədar olaraq damar genişlənməsi əmələ gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək və bulanıq görmə yaranır.
Bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənşəli deyil, keçici də ola bilər. Tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə etmək məsləhətdir. Gözə əllə təmasdan mümkün qədər uzaq olmağa çalışmaq lazımdır. Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez oyanmaq ən mühüm məsələlərdən biridir. Hər gün eyni saatda yatıb qalxmağa çalışmaq, gündəlik həyatda daha fəal olmaq, sutka ərzində bir neçə dəfə idmanla məşğul olmaq, piyada gəzməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan toparlanmaq, müsbət əhvali-ruhiyyəyə köklənmək də bir sıra hallarda olduğu kimi bu problemin də qarşısını almağa müsbət təsir göstərir.
Xəbər 1204 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR