"Azerspace-2" peyki gələn il kosmosa buraxılacaq


Azərbaycanın “Azerspace-2” ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə qrupunun rəhbəri Dunay Bədirxanov deyib. D.Bədirxanovun sözlərinə görə, proses ilə yaxından tanış olmaq üçün ASC-nin əməkdaşları ABŞ-da “Space Systems Loral” (SSL) şirkətinin peyk istehsal zavodundadırlar.

Peykin dizaynı orta və ağır geostasionar və yüksək eliptik telekommunikasiya peyklərinin hazırlanmasında istifadə edilən 1300 seriya (SS/L 1300) platforması əsasında həyata keçiriləcək. İkinci peyk proqramı Kanadanın “Export Development Canada” (EDC) kredit agentliyinin uzunmüddətli və güzəştli kreditləri hesabına həyata keçiriləcək.

Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir. Peyk Azərbaycan tərəfindən “Intelsat” beynəlxalq peyk təşkilatından icarəyə götürülən şərq uzunluq dairəsindən 45 dərəcə orbit mövqeyində yerləşdiriləcək.

“Azerspace-2” peykinin xidmət zonasına Avropa, Cənub-şərqi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq. “Azerspace-2” geostasionar peyki Ku və Ka diapazonlu transponderlər ilə təchiz ediləcək və rəqəmsal tele-yayım xidməti göstərmək üçün, internet şəbəkəsinə qoşulmaq, məlumatların ötürülməsi, VSAT çox xidmətli şəbəkənin yaradılması və s. üçün nəzərdə tutulub.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR