"Azərişıq” ASC-nin tabeliyində olan "Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) iki yerə bölünərək yerində "Cənub” və "Şirvan” RETSİ yaradılıb və bununla da qurumun tabeliyində olan RETSİ-lərin sayı 8-ə çatıb.
Aktual.az xəbər verir ki, "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu faktı "Report”a təsdiq edib.
Qurum rəsmisinin sözlərinə görə, aparılan dəyişikliklər abonentlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir:
Qeyd edək ki, "Şirvan” RETSİ-yə Hikmət Həsənov, "Cənub” RETSİ-yə isə Əbülfət Paşayev rəis təyin edilib.
Aktual.az
Xəbər 264 dəfə oxunub.