Azərbaycanlılar Yekaterinburqda məscid inşa edəcəklər

Azərbaycanlılar Yekaterinburqda məscid inşa edəcəklər
  • DÜNYA

Ötən gün Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi "Azərbaycan” regional ictimai təşkilatının vilayətin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Nazirliyinə (DƏİEN) qarşı qaldırdığı iddiasını təmin edib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, iddia Yekaterinburqun Repina küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlı olub.

2011-ci ildə "Azərbaycan” təşkilatına müsəlman qəbiristanlığı yaxınlığında böyük məscid inşa etmək üçün 2008 kv. metr torpaq sahəsi ayrılıb. İcarə müqaviləsi Yekaterinburq administrasiyası ilə bağlanıb. Məscidin ənənəvi qaydada – minarələrlə tikilməsi planlaşdırılırdı. Onun ərazisi 1,4 min kv. m təşkil etməli idi. Lakin 2016-cı ildə meriya tikinti icazəsinin alınmadığını, ərazidə tikintinin getmədiyini və icarə borcunun 9 min rubl (Təqribən 150 dollar) təşkil etdiyini əsas gətirərək sahənin geri qaytarılmasını tələb edib.

Yekunda DƏİEN icarə müddətinin uzadılmasından imtina edib.
 
Aktual.az  
Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR