Azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb

Azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb.

Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev məlumat verib. O, Azərbaycan vətəndaşı 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunu vəhşicəsinə döyməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.
Diaspor rəhbəri azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı cinayət işi açıldığını da söyləyib. Ç. İsayev E. Hüseynovun artıq üçüncü gündür ki reanimasiyada huşsuz vəziyyətdə olduğunu açıqlayıb: "Etibar çoxlu qan itirib. Hazırda onun qana ehtiyacı var. Artıq üçüncü gündür, huşsuz vəziyyətdə yatır. Diaspor olaraq əlimizdən gələni edirik. Bakıda yaşayan qohumları ilə əlaqə saxlamağa çalışırıq. Artıq yaxın qohumu bizimlə əlaqəyə çıxıb".

Qeyd edək ki, noyabrın 19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev naməluş şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Aktual.az
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR