Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Aİ ölkələri arasında ticarət dövriyyəsi artıb

Dövriyyəin müsbət saldosunda 75% artım qeydə alınıb

Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 4,3% artaraq bu ilin yanvar-may aylarında 2 736,6 mln. ABŞ dollarına çatıb.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu müddətdə Aİ-yə ixrac 20,9% artaraq 2 076,2 mln. dollar, Aİ-dən idxal isə 27,2% azalaraq 660,35 mln. dollar təşkil edib. Beləliklə, Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 74,6% artaraq 1 415,9 mln. dollara yüksəlib.

Üç ay ərzində Azərbaycanın cəmi ixracının 46,7%-i, idxalının isə 23,4%-i Aİ ölkələrinin payına düşüb. 

Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR