Azərbaycanın spirtli içki ixracı xeyli azaldı

Azərbaycanın spirtli içki ixracı xeyli azaldı

Ötən il ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Aktual.az Report-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2015-ci il ərzində 25829,47 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilə nisbətən 6045,93 min dollar, yaxud 18,97% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.
Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 63 299,04 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü il ilə müqayisədə 7 679,51 min dollar və ya 10,82% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,69% təşkil edib.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR