Azərbaycandan Moldovaya narkotik daşınıb? - Komitədən AÇIQLAMA

Azərbaycandan Moldovaya narkotik daşınıb? - Komitədən AÇIQLAMA

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb. Məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycan Respublikasının da olduğu qeyd edilib.

Aktual.az
-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi bu barədə rəsmi məlumat yayıb. Məklumatda bildirilir ki, ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldova Respublikasına yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.
Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR