Azərbaycanda tullantıların həcmi 8% azalıb

Azərbaycanda tullantıların həcmi 8% azalıb

2017-ci ildə Azərbaycanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarında 2 775,5 min ton və yaxud əvvəlki illə müqayisədə 8,1% az tullantı əmələ gəlib və onların 56,8%-ni bərk məişət tullantıları, 43,2%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. 

Bu barədə Aktual.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə. ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5%-i ölkə daxilində satılmış, 66,1%i isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 mln. kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8%-ni təşkil edir.
Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7%-i, o cümlədən 24,1%-i yeni məhsul alınması, 1,6%-i isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilmiş, 11,2%-i ölkə daxilində satılıb, 0,5%-i ixrac olunub, 10,9%-i zibilxanalara atılıb, 51,7%-i isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton və ya əvvəlki illə müqayisədə 3 dəfə az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 7,5% olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 57,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların böyük hissəsi mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların 83,9%-i Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.


 Aktual.az
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR