Azərbaycanda qadın namaz qılarkən bıçaqlandı – Təfərrüat

Azərbaycanda qadın namaz qılarkən bıçaqlandı – Təfərrüat

Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.
Məlumata görə, kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin  tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Aktual.az
Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR