Azərbaycanda mətbuatın vəziyyəti ATƏT-də müzakirə ediləcək

Azərbaycanda mətbuatın vəziyyəti ATƏT-də müzakirə ediləcək

27-28 Oktyabr tarixlərində ATƏT-in Vyana toplantısında media azadlığının səviyyəsi müzakirə ediləcək


Oktyabrın 27-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi  Nümayəndəliyinin təşkilatçılığı ilə "Mətbuat və ifadə azadlığı: Jurnalistlərin müdafiəsi" mövzusunda konfrans təşkil ediləcək. ATƏT üzvü olan 57 ölkənin səfirlərinin, diplomat və QHT rəhbərlərinin, habelə hüquq müdafiəçiləri və jurnalistlərin iştirak edəcəyi tədbirdə konflikt zonalarında jurnalistlərin təhlükəsizliyi, media, etik standartlar və təbliğat siyasəti, habelə hökumət və vətəndaş cəmiyyətinin mətbuat azadlığındakı rolu müzakirə ediləcək.


Mətbuat azadlığına həsr edilmiş iki günlük konfransda iştirak edəcək Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məruzə ilə çıxış edəcək. Azərbaycanda media azadlığı barədə danışacaq hüquq müdafiəçisi jurnalistlər üçün yaradılmış şərait barədə məlumat verəcək və müharibə şəraitində olan Azərbaycanda mətbuat nümayəndələrinin təhlükəsizliyi barədə çıxış edəcək.




Xəbər 868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR