Azərbaycan “Putin İttifaqı”na daxil olmağı istisna etmir

Azərbaycan “Putin İttifaqı”na daxil olmağı istisna etmir

“Heç zaman heç zaman demə”.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna etmir, bu barədə Sputnik agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində bildirib.

“Heç zaman heç zaman demə”, - Azərbaycan XİN rəhbəri müvafiq suala cavab verərkən deyib və hal-hazırda onun ölkəsinin Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəltdiyini dəqiqləşdirib.  

Qazaxıstan prezidenti daha öncə Azərbaycan, İran, Hindistan və Monqolustanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini, Türkiyənin isə ittifaq ilə ticarət əlaqələri qurmaq arzusunu ifadə etdiyini bildirmişdi. Avrasiya İqtisadi İttifaqı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanı birləşdirir.\oxuaz

Aktual.az

Xəbər 1894 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR