Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracını artırıb

2018-ci ilin yanvar-may aylarında Azərbaycanda meyvə-tərəvəz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev assosiasiya üzvlərinin görüşü zamanı deyib.
O qeyd edib ki, hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracı 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 23 faiz artıb:

"Hazırda biz ixrac coğrafiyasının genişləndirilməsi üzrə işlər aparırıq, amma eyni zamanda Azərbaycan üçün ənənəvi olan bazarları da unutmaq lazım deyil. Bu bazarlardan biri Rusiyadır. Mən assosiasiya üzvlərini Rusiya ərazisində keçirilən sərgilərdə fəal iştirak etməyə çağırıram".
 
Aktual.az 
Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR