Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

Azərbaycan 2018-ci ildə fındıq istehsalını artırmaq niyyətindədir.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından deyiblər.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Assosiasiya istehsalı 48 faizə yaxın artırmağı planlaşdırır:
"2018-ci ildə biz 60-65 min ton fındıq istehsal etməyi planlaşdırırıq. İxraca gəlincə, bu təkcə istehsalın artımından yox, həm də dünya bazarındakı qiymətlərdən asılıdır. Əgər qiymətlər ucuzlaşmasa, biz ixracatın 10 faiz artımını gözləyirik".Assosiasiyadan o da bildirilib ki, bu il ixrac coğrafiyasının genişləndirilməsi üzrə iş aparılacaq.
Qeyd edək ki, hazırda Azərbaycan fındığının əsas satış bazarı İtaliya, Rusiya və Almaniyadır.
 

Aktual.az 

Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR