AZAL-dan noutbuk qadağası ilə bağlı - Açıqlama

AZAL-dan noutbuk qadağası ilə bağlı -   Açıqlama

AZAL sərnişinlərə qoyulan noutbuk qadağasına aydınlıq gətirib. 

Aktual.az qafqazinfo-a istinadən xəbər verir ki, AZAL-ın mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır. "Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb.

Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır".

Qeyd edək ki, dünən virtualaz.org saytında Naxçıvana uçan sərnişindən noutbukunun geri alınması ilə bağlı məlumat dərc olunmuşdu. 

 
Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR