Çavuşoğludan Rusiyanın səfərbərlik elan etməsinə MÜNASİBƏT

Çavuşoğludan Rusiyanın səfərbərlik elan etməsinə MÜNASİBƏT
  • DÜNYA

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda "Astana formatı” çərçivəsində keçirilən görüş zamanı Rusiyanın qismən səfərbərlik elan etməsini müzakirə etməyib.
 
Aktual.az xəbər verir ki, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.
 
"Təbii ki, Lavrov bu qərarı müdafiə edəcək. Qismən səfərbərlik elan etmək hər bir ölkənin öz qərarıdır, amma səbəbi nədir? Bir müharibə gedir, bu nə zaman bitəcək, hər kəs bunu bilmək istəyir. Bu səfərbərlik müharibənin qısa sürməsinəmi, ya daha da uzanacağınamı yol açacaq? Təbii ki, hər kəs bu qərardan sonra müharibənin daha da uzanacağını görür”, - Çavuşoğlu əlavə edib.
 
O vurğulayıb ki, bu səbəblə Türkiyə iki lideri bir araya gətirərək, bu müharibənin tezliklə bitməsini istəyir.


Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR