Artıq bunları özünüzlə təyyarədə daşıya bilməyəcəksiz

Artıq bunları özünüzlə təyyarədə daşıya bilməyəcəksiz

Mütəxəssislər fotoaparatlarda, telefonlarda, noutbuklarda istifadə edilən standart akkumulyatorların yanğın təhlükəli olduğu qənaətinə gəliblər. Bununla əlaqədar bu akkumulyatorlar üçün yanğına davamlı bağlama hazırlanana qədər onların daşınmasına qadağa qoyulub.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO - International Civil Aviation Organization) sərnişin hava gəmilərinin baqajında litium-ion akkumulyatorların daşınmasını qadağan edib.

Qadağanın tətbiqi fotoaparatlarda, smartfonlarda və digər elektronika avadanlıqlarında istifadə edilən bu cür akkumlyatorların yanğın təhlükəli olması ilə bağlı olması ilə əlaqələndirilir. Qərar 2016-cı il aprelin 1-dən qüvvəyə minəcəyi və bu "təhlükəli yük" üçün yeni yanğınadavamlı örtüyün hazırlanacağına qədər qüvvədə olacaq.

Qeyd edək ki, qadağa İCAO-nun 191 üzv ölkələrinin hamısı, o cümlədən Azərbaycan üçün məcburi olacaq.

Xatırladaq ki, analoji qadağa vaxtilə yenidən doldurula bilməyən litium-metal akkumulyatorlar üçün də tətbiq edilib.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR