Aparıcılarımız arasında söz davası - “İddiası başından böyük qız...”

Aparıcılarımız arasında söz davası - “İddiası başından böyük qız...”

ARB-də yayımlanan "Ferma” reliti şousunun aparıcıları Ulvira Qarayeva və Yeganə Cansail arasında qalmaqal yaşanıb.

"Qafqazinfo” xəbər verir ki, hər iki tanınmış şəxs sosial şəbəkədə bir-birilərinə söz atıblar. 

Yeganə iddia edib ki, reality şou Ulviraya görə bağlanıb:

"Artıq səbrim tükənir... Gəmidə oturub gəmiçiylə dava edənlər olmaya da. Bir də öz yerini bilməyənlər çox təhlükəlidirlər. 3 ildi "Ferma”" yayımlanırdı, gül kimi də veriliş aparırdım, sonradan gəlib özünü şah kimi aparan o insanın ayağı düşmədi, hazır məhsulu da heç elədi, veriliş bağlandı. Amma ruhdan düşmək olmaz, daha böyük uğurlar bizi gözləyir”.


Qarşı tərəf isə bir müddət sonra həmkarının ittihamına cavab verib:

"Bu insana nə deyəsən, üzümə gülüb "Facebook"da əjdahaya dönür... Gül kimi təzə layihəyə start veririk, ağzından süd iyi gələn colma-cocuq diqqət yayındırmağa çalışır. İddiası başından böyük qız, boş-boş şeylərlə məşğul olmaq yerinə iş ortaya qoymağa çalış”.
Xəbər 796 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR