Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib

Almaniyada gəmidə işləyən azərbaycanlı mühəndis 10 000 avro məbləğində cərimələnib


Almaniyanın Bremen şəhərində Su Mühafizəsi Polisi Panama bayrağı altında üzən yük gəmisinin azərbaycanlı mühəndisini 10 000 avro məbləğində cərimələyib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, buna səbəb gəmidə neft tullantılarının aşkar edilməsi olub.

Su Mühafizəsi Polisinin nümayəndəsi bildirib ki, həmin tullantılar limanda dayanan gəmidən suya axıdıla və ətraf mühiti çirkləndirə bilərdi. Hadisə ilə bağlı cinayət işi açılıb.

Aktual.az
Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR