Ailəsi ilə mübahisə edən kişi özünü öldürdü

Ailəsi ilə mübahisə edən kişi özünü öldürdü

Bakının Xətai rayonunda intihar faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, hadisə Neapol küçəsi 19 ünvanında baş verib.
Məlumata görə, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib. Daha sonra o, yaşadığı binanın 5-ci mərtəbəsində eyvana çıxaraq özünü yerə atıb. Ağır xəsarətlər alan N.Cabbarov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR