Abşeronda qadın intihar edib

Abşeronda qadın intihar edib

 Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, Xırdalan şəhər sakini, Ağamalıyeva Nərmin Elxan qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun azyaşlı bir qızı var.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
Xəbər 861 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR