ABŞ və Şimali Koreyanın hərbi gücləri - ŞOK RƏQƏMLƏR - FOTOLAR

ABŞ və Şimali Koreyanın hərbi gücləri - ŞOK RƏQƏMLƏR - FOTOLAR

Amerika Birləşmiş Ştatları və Şimali Koreya arasında baş verən gərginlik get-gedə yüksəlir. Şimali Koreyanın raket sınağı ilə başlayan münaqişələr iki ölkə arasında müharibə riskini artırır.

"Global firepower" saytının tətbiq etdiyi siyahıda ABŞ müharibə gücü baxımından 1-ci, Şimali Koreya isə 23-cü sırada yer alır. Siyahıda son günlərin gündəmindən düşməyən ABŞ və Şimali Koreyanın hərbi gücləri qarşılaşdırılıb.
Publika.az "Global Firepower"-in tərtib etdiyi siyahını təqdim edir:
1. ABŞ ordusunun ümumi əsgərlərin sayı - 1milyon 400 min nəfər, Şimali Koreyada isə 700 min nəfər.
2. ABŞ ordusunun ehtiyatda olan əsgərlərinin sayı - 1milyon 100 min nəfər, Şimali Koreyada isə 4 milyon 500min nəfər.
3. ABŞ-ın hərbi xidmətə çağırış yaşına çatmış vətəndaşlarının sayı - 4 milyon 220 min nəfər, Şimali Koreyada isə 415min nəfər
4. ABŞ ordusunun sahib olduğu tankların sayı -5.884, Şimali Koreyanın isə 5.025
5. ABŞ-ın sahib olduğu raket sistemlərinin sayı - 1.331, Şimali Koreyanın isə 2.400
6. ABŞ-a məxsus ümumi təyyarə sayı - 13.762Ş, Şimali Koreyada isə 944.
7. ABŞ-ın döyüş təyyarələrinin sayı - 2.785, Şimali Koreyanın isə 572
8. ABŞ-a məxsus helikopterlərin sayı - 6.065, Şimali Koreyanın isə 202
9. ABŞ orusuna məxsus döyüş helikopterlərinin sayı - 947, Şimali Koreya ordusunun döyüş veryolyotlarının sayı isə 20.
10. ABŞ-a məxsus dəniz donanma gücü - 415, Şimali Koreyanın isə 967
11. ABŞ-ın sualtı gəmilərinin sayı - 70, - Şimali Koreyanın isə 76.
12. ABŞ-ın sahib olduğu təyyarə gəmilərinin sayı - 12 olduğu halda, Şimali Koreyanın isə heç bir ədəd də olsa təyyarə gəmisi yoxdur.
13. ABŞ-ın müharibə büdcəsi - 587milyard 800 milyon dollar təşkil edir. Şimali Koreyanın müharibəyə ayırdığı büdcə isə 7 milyard 500 milyon dollardır.











Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR