31 yaşlı kişi intihar etdi

31 yaşlı kişi intihar etdi

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə yanvarın 27-də səhər saat 06:00 radələrində rayonun Bico kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Abbasov Kamil Hüseyn oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asaraq intihar edib. Ailə üzvləri onun meyitini səhər saatlarında asılmış vəziyyətdə tapıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR