3 qat orqan transplantasiyası həyata keçirildi - DÜNYADA İLK

3 qat orqan transplantasiyası həyata keçirildi - DÜNYADA İLK

Dünyada ilk dəfə Asiyada 3 qat orqan transplantasiyası gerçəkləşdirilib.

Taylandda Maxidola şahzadəsinin adını daşıyan universitetin tibb fakültəsinin həkimləri və Sirirat xəstəxanasının əməkdaşlarının birgə fəaliyyəti nəticəsində tibbdə bir ilkə imza atılıb.
26 yaşlı xəstəyə eyni zamanda ürək, qaraciyər və böyrək tansplantasiya edilib. Əməliyyat 12 saata qədər davam edib. Sözügedən əməliyyatın dünya tarixində ilk olduğu bildirilib.
Xəstə 8 il böyrək xəstəliklərindən əziyyət çəkdiyini və artıq son illərdə həftədə 3 dəfə hemodializ prosesinə məcbur qaldığını deyib. Xəstəliyi onun qaraciyərinə, eləcə də ürəyinə təsir edərək, müəyyən dəyişikliklərin yaranmasına səbəb olmuşdu.
2017-ci ildən pasiyent xəstəxanaya müraciət edərək donor gözləmək məcburiyyətində qalıb. Nəhayət bir xəstədən alınan hər 3 orqan pasiyentə transplantasiya edilib. Mediada məlumat hadisədən bir müddət sonra yayılıb. Həkimlər orqanların orqanizmdə normal fəaliyyətinə əmin olmaq üçün bir müddət gözlədiklərini bildiriblər.
Əməliyatdan 6 ay keçib və xəstə normal həyat şəraitinə davam edib./publika.az
 
Aktual.az
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR