"28 Mall" bağlandı - Səbəb


Bu gün sosial şəbəkələrdə "28 Mall” ticarət mərkəzinin bağlanması ilə bağlı məlumat yer alıb.

Məlumatda müştərilərin böyük əksəriyyətinin mərkəzdə qalması və əməkdaşların isə içəri daxil ola bilməmisi xəbəri yer alıb. İçəriyə daxil ola bilməyən insanlar səbəb kimi ticarət mərkəzində elektrik enerjisinin olmamasını göstərirlər.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzNews.az-a açıqlamasında bildirib ki, "28 Mall" ticarət mərkəzində baş verən məsələdən xəbardardırlar:

"Mərkəzin daxilində olan xəttlərdə problem yaranıb. Yəni, işığın sönməsinin bizə aidiyyatı yoxdur. Onlar bizə müraciət edib. Qurum da bu işdə onlara dəstək olmağa çalışır.”
 
Aktual.az
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR