Milli Məclisin plenar iclası başladı

Milli Məclisin plenar iclası başladı

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi keçirilən iclasın gündəliyinə 31 məsələ daxildir.
İclasda hökumət üzvləri 2018-ci ilin dövlət büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandıracaqlar.
O.Əsədov bildirib ki, dövlət tədbirlərinin keçirilməsi ilə əlaqədar büdcə zərfi ilə bağlı təkliflərin cavablandırılması günün ikinci yarısında olacaq.

Bundan başqa, deputatlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Dövlət borcu haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Pasportlar haqqında", "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara və İnzibati Xətalar, Cəzaların İcrası, Miqrasiya, Vergi, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələrinə baxacaqlar.
 
Aktual.az
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR