Azərbaycana gələn əcnəbilərin sayı artıb

Azərbaycana gələn əcnəbilərin sayı artıb

10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20.1% artıb.

Aktual.az  bildirir ki, mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin 10 ayı ərzində Azərbaycana 2 276 604 nəfər xarici ölkə vətəndaşı gəlib. Onlardan 727 577 Rusiya, 439 305 Gürcüstan, 320 904 İran, 249 210 Türkiyə, 81 742 Birləşmiş Ərəb Əmirlikləri , 54 242 İraq, 49 809 Ukrayna, 31 821 Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.
Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 19.2 faiz, 14 faiz və 10.9 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər daha çox şəxs gəlib.
2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 894 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20.1%) nəfər çox xarici vətəndaş gəlib.
 
Aktual.az
Xəbər 36 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR