Bakı-Quba yolunda AĞIR QƏZA: ölən var

Bakı-Quba yolunda AĞIR QƏZA: ölən var

Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az  xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Müseyibov Fərid Cahangir oğlu hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb kimi VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi qeyd edilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (Report)
 

Aktual.az 

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR