10 dövlət əmlakı özəlləşdirildi

10 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən növbəti hərracda 10 dövlət əmlakı özəlləşdirilib.

Komitədən Aktual.az-a verilən məlumata görə, budəfəki hərracda özəlləşən 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i iyarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakı, Şirvan və İmişlidə yerləşir. Bakının Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı iaşə obyekti xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 214 kv.m, torpaq sahəsi isə 250 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa İmişli rayonunda yerləşən qeyri-yaşayış binası da sahibi üçün əlverişli əmlakdır.
Hərracda özəlləşən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir.

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR