Zukerberq “Facebook”dakı səhmlərini satır

Zukerberq “Facebook”dakı səhmlərini satır
  • DÜNYA

“Facebook”un qurucusu və CEO-su Mark Zukerberq “Facebook”dakı səhmlərinin bir qismini satışa çıxarıb. Satış 95 milyon dollar dəyərində, təxminən 768 min səhm deməkdir. 

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Zukerberqin səhm satışı nağd pul əldə etmək istəyi ilə deyil, xeyriyyə işləri ilə bağlıdır. 

“Facebook”un CEO-su ötən ilin dekabr ayında ilk dəfə ata olduqdan sonra, həyat yoldaşı ilə birlikdə ümumilikdə 45 milyard dollar edən səhmlərinin 99%-ni satmaqla xeyriyyə fondu yaratmışdı. Hədəflərinin insan potensialını inkişaf etdirmək və yeni nəsillərdə bütün uşaqların bərabərliyini dəstəklənmək olduğunu açıqlamışdı.

M.Zukerberq və həyat yoldaşı sərvətlərinin 99%-ni bu fonda bağışlayacaq. Qeyd edək ki, şirkətin CEO-su “Facebook”-da 400 milyon dollarlıq bir səhmə sahibdir. 

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR