Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO

Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO

 "Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə əslən Ordubad rayonundan olan, uzun illərdir Bakı şəhərində yaşayan ziyalılar  yanvar ayının 22-də Ordubad şəhərinə səfər ediblər. Ziyalılar Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanını  və Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək ehtiramlarını bildiriblər. 
 
Aktual.az xəbər verir ki, daha sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısı ilə görüşü keçirilib. Görüşün əsas mövzusu "Yeniləşən qədim Ordubad: gözləntilər və perspektivlər”  idi. Dörd saata yaxın çəkən görüşün əvvəlində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində hər bir sahədə aparılan işlərdən, inkişafdan danışıb, əldə edilən nailiyyətlərə nəzər salıb.  
 
Rəcəb Rəhimli Ordubadın hazırda görülən və görüləcək işlərlə bağlı məlumatlar verib, Ordubadın inkişafı yolunda əslən Ordubaddan olan iş adamlarının və ziyalıların dəstəyinin əvəzsiz olacağını bildirib. O cümlədən  Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və rifah halının yüksəldilməsi məqsədilə qəbul edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan, bu proqramın məqsədi və prioritet istiqamətlərindən ətraflı danışıb. Dövlət Proqramında muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin inkişafının nəzərdə tutulduğunu, müvafiq proqrama əsasən Ordubad rayonu üçün xüsusi layihələrin hazırlandığını bildirən İcra başçısı, Ordubadda həyata keçiriləcək rayonun gələcək inkişaf perspektivləri barədə danışıb. 
 
Ordubad şəhərinin baş planının hazırlanmasından, qarşıdakı illərdə rayonda böyük infrastruktur layihələrin həyata keçiriləcəyindən, xüsusilə, Ordubad üçün önəmli olan konserv və ipəkçilik müəssisələrinin yenidən qurulmasından, tarixi abidələrin, qədim məhəllələrin restavrasiyası ilə turizm imkanlarının genişləndirilməsindən danışan Rəcəb Rəhimli, rayonun simasının tarixiliyin və müasirliyin vəhdətində yeni görkəm alacağını da ifadə edib. Bildirib ki, hazırda diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılışının reallaşması ilə Ordubad rayonu daha da sürətlə inkişaf edəcək. Heç şübhəsiz ki, müvafiq Dövlət Proqramı haqqında vətəndaşların məlumatlandırılması prosesində, rayonda kadr potensialının təkmilləşdirilməsində, onların formalaşdırılmasında, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində, eləcə də rayonunun hərtərəfli inkişafında uzun illər Bakı şəhərində məskunlaşan rayon ziyalılarının iştirakı zəruridir və mütləqdir. Rayon İcra Hakimiyyətinin başçısı bütün bu işlərdə, ictimai-siyasi həyatda hər bir ziyalını daha da fəal olmağa, rayonun inkişafında bilik – bacarıqları, səmərəli fəaliyyətləri ilə yaxından iştirak etməyə dəvət edib.
 
Görüşdə uzun illərdir Bakı şəhərində məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən ordubadlı ziyalılardan Professor, Azərbaycan Tibb Universitetinin Kafedra müdiri Çingiz Rəhimov, filosof, Türk dünyasının sevimli şairi Rüstəm Behrudi, Ramiz Babayev, Professor Müzəffər Məmmədov, Akademik, Fizika İnstitutunun şöbə müdiri Vəli Hüseynov, ⁠ Professor, AMEA-da şöbə müdiri Bəhlul İbrahimli, həkim-cərrah, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov, Ali dərəcəli həkim-cərrah Telman İbadov, Ali dərəcəli həkim-terapevt İsa Cahanov, Mehrac Əliyev, jurnalist, köşə yazarı Çingiz Əliyev (Çingiz Özgür), dövlət xadimi Natiq Məmmədov, QHT sədri, ictimai fəal Kəmalə Ağazadə, Dosent, "Azərbaycan tarixçiləri” İctimai Birliyinin sədri Mehri Xanbabayeva, Ələsgər Mehdiyev, Bakı ŞİH əməkdaşı ⁠Füzuli Quliyev, Geodeziya və Kartoqrafiya Agentliyinin Həmkarlar İttifaqının sədri Ləyaqət Mövsümova, həkim-dermatoveneroloq, Azərbaycan Tibb Universitetinin Dermatoveneroloq kafedrasının professoru Zülfüqar Fərəcov, ⁠ İş adamı Rafiq Quliyev, Professor Aydın Mehdiyev, "AZENCO” ASC idarə heyəti sədrinin birinci müavini Ramazan Səfərov, həkim invaziv-kardioloq, Avrasiya Hospitalın həkimi Tofiq Sadıqov, həkim-terapeft Hacıağa Bağırov, hərbi ekspert Elxan Şıxəliyev, Dosent, arxeoloq Elvin Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltan, Həkim-stomotoloq, Uzman, həkim-cərrah, "Medical Plaza” Klinikasının Cərrahiyyə şöbəsinin müdiri Niyazi Qənbərli, Tibb üzrə fəlsəfə doktoru Təmraz Quliyev, müəllim Leyla Əliməmmədova iştirak ediblər. 
 
Görüş zamanı Bakıda yaşayan, əslən ordubadlı olan ziyalılarla rayonun gələcək inkişafı ilə bağlı proqramların həyata keçirilməsi, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər ətrafında geniş müzakirələr aparılıb. Hər bir ziyalı öz elinin inkişafı yolunda düşündüklərini dilə gətirib, təkliflərini səsləndirib. Ziyalılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, ölkəmizin əldə etdiyi Zəfər, günbəgün qazanılan uğurlarla qürur duyduqlarını ifadə ediblər və ölkədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı ilə bağlı görülən işlərə, dövlətimizin yüksəlişinə öz töhfələrini verəcəklərini bildiriblər. 
 
Sonda "Tusi” Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri Yəhya Babanlı Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə ziyalıları belə yüksək səviyyədə qarşıladıqlarına, bu görüşün təşkilinə, onlarla səmimi söhbətə, Ordubad rayonunun inkişafı üçün göstərdikləri xidmətlərə görə öz minnətdarlıqlarını bildirib, fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, Yəhya Babanlı "Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri adından Rəcəb Rəhimliyə xatirə olaraq gətirdikləri hədiyyələri təqdim edib.
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Xəbər 185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR