Ziya Məmmədov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO

Ziya Məmmədov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü   — FOTO

Bu gün Nəqliyyat Nazirliyində Çexiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Viteszlav Pivonka ilə görüş keçirilib.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyindən bildirilib.

Nəqliyyat naziri Ziya Məmmədov son illər Azərbaycanın nəqliyyat-yol kompleksinin fəaliyyətindən, burada həyata keçirilən layihələrdən, aparılan islahatlardan, əldə edilən nailiyyətlərdən danışıb.

Daha sonra avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən Nəqliyyat naziri Çexiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu vurğulayıb.

Azərbaycan - Çexiya iqtisadi əlaqələri barədə məlumat verən V.Pivonka çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. İqtisadiyyatın bir çox sahələri ilə yanaşı nəqliyyat sektorunda da əlaqələrin böyük sürətlə inkişaf etdiyini vurğulayan çexiyalı nazir buna misal olaraq Azərbaycanda magistral avtomobil yollarının tikintisində görülən işləri nümunə kimi qeyd edib.

Görüşdə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR