Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov noyabrın 6-da Ağdaş şəhərində Göyçay, Ucar və Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Aktual.az Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, vətəndaşların qeydiyyatı noyabrın 4-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Ağdaş Yol İstismarı İdarəsi” (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi)
- Göyçay Yol İstismarı İdarəsi” (Göyçay şəhəri, Natəvan küçəsi-10)
- Ucar Yol İstismarı İdarəsi” (Ucar şəhəri, 29-cu məhəllə)