"Zirə"nin əcnəbi futbolçusunu qarət edən azyaşlılar saxlanılıb

  • İDMAN

Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.
Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Qeyd edək ki, Mfo Kqasvame "Zirə”nin futbolçusudur.
Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR