"Zika" virusu artıq dünya üçün təhlükəli deyil — Ümumdünya Səhiyyə Təşkilatı

  • DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı "zika" virusu və onun yayıldığı ölkələr haqda hesabat hazırlayıb.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, hesabatda artıq bu virusun yayılmasının qarşısı alındığı deyilir. Təşkilat dünya ictimaiyyətini əmin edir ki, bu təhlükəli virus artıq dünyanı təhdid etmir.

Hesabatda virusun yayılmasına qarşı görülən tədbirlər və yeni hazırlanmış vaksinlər haqda da geniş məlumat verilir.

Xatırladırıq ki, bu virus ağcaqanadlar vasitəsi ilə insanlara keçir və genlərə mənfi təsir göstərərək yoluxmuş insanlarda törəyən körpələrin beyninin fiziki mənada inkişafdan qalmasına gətirib çıxarır.
 
Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR