Zelenski Bakıya getməyəcək? - Simonyan əsəbiləşdi

Zelenski Bakıya getməyəcək? - Simonyan əsəbiləşdi

Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri baş tutsa, bu, regional xarakter daşımalıdır.
Aktual.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan qeyd edib ki, hazırda Zelenskinin səfəri barədə məlumatı yoxdur.
Jurnalistin "Azərbaycan Zelenskinin Bakıya səfərinin planlaşdırılmadığını bildirib” sözlərinə cavab olaraq spiker əsəbiləşib:
"Təəccüblənirəm ki, Azərbaycan rəsmilərinin dedikləri son həqiqət hesab olunur. Bəs onun Azərbaycana getdiyi üzə çıxsa? Onda nə deyirsən?!”
Onun sözlərinə görə, səfərin Bakı ilə İrəvan arasında sülhə nail olmaq məqsədi daşıdığı barədə söhbətlər, səfər hər iki ölkəyə ediləcəksə, məqbuldur:
"Ümid edirəm ki, belə bir səfər baş tutsa, müsbət dəyişikliklər gətirəcək, baxmayaraq ki, hazırda dəqiq bir şey deyə bilmərəm”.
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR