Zəhərlənən tələbə qızlardan 5-i evə buraxılıb

Zəhərlənən tələbə qızlardan 5-i evə buraxılıb

Bakıda kirayə qaldıqları mənzildə zəhərlənən 6 tələbə qızdan daha biri evə buraxılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, daha öncə 4 nəfər evə buraxılmışdı.
Hazırda 1 tələbə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir.
****
Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, digər iki qız müalicələrini davam etdirir.
Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
----------
09:06
Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib. Onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib".

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR