Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib

Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib

Özbəkistanın Əndican vilayətinin Şəhrixan rayonunda 1500 nəfərdən çox insan dondurmadan zəhərlənib.

Aktual.az-ın xəbərinə görə, bu barədə "Report” "CA-NEWS”-a istinadən xəbər verir.

Məlumata əsasən, rayonun bir neçə yüz sakininə ilkin tibbi yardım göstərilib.

İnformasiyaya əsasən, rayon xəstəxanalarından yalnız birində 200-ə yaxın zəhərlənən sakin yerləşdirilib. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə köçürülüb.

Əndican vilayəti Səhiyyə İdarəsindən bildirilib ki, zəhərlənənlərin hamısı Şəhrixan rayonunun mərkəzindəki "Maks” kafesində dondurma yeyiblər. 
 
Aktual.az
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR