Yunanıstanda 5.9 gücündə zəlzələ: Türkiyə yardım təklif etdi

Yunanıstanda 5.9 gücündə zəlzələ: Türkiyə yardım təklif etdi

Yunanıstanın şimalında 5,9 bal gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, yeraltı təkanların episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında yerləşib.

Elasson şəhərinin meri Nikas Qatas bildirib ki, ilkin məlumata görə itki yoxdur. O, hazırda dəyən ziyanın araşdırılmağa başlanıldığını vurğulayıb.

Bu arada Türkiyə Yunanıstana yardım təklif edib. Bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Türkiyə Yunanıstana zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yardım təklifi edib" deyə XİN başçısı bildirib.
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR