Yük maşını çaya düşdü - İki nəfər öldü

Yük maşını çaya düşdü   - İki nəfər öldü

Salyanda yük maşını çaya düşüb, iki nəfər ölüb.

Aktual.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “Kamaz” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR