Yol polisi onlara qarşı mübarizəni gücləndirəcək

Yol polisi onlara qarşı mübarizəni gücləndirəcək

Bu il Bakıda avtomobillərin işıqforun qırmızı işığında keçməsi və dövlət qeydiyyat nişanı olmadan idarə edilməsi halları artıb.

Aktual.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, belə qayda pozuntusuna yol verən sürücülərə qarşı mübarizə tədbirləri gücləndirəcək.

Ümumiyyətlə isə, onun sözlərinə görə, 2015-ci ilin əvvəlindən oktyabrın 27-dək Bakı şəhəri üzrə 648 yol-nəqliyyat hadisəsi baş verib: "Nəticədə 183 nəfər ölüb, 703 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə 91 hadisə, 79 ölüm və 18 xəsarət faktı azalıb. Bu da yol polisi əməkdaşlarının keçirdikləri məqsədyönlü tədbirlərin nəticəsidir. Hadisələri təhlil etdikdə görmək olur ki, onların 47 faizi sürət həddinin aşılması, 50,6 faizi piyadaların avtomobillərlə vurulması, 29 faizi isə ötmə, manevretmə və yolayrıclarını keçmə qaydalarının pozulması ilə əlaqədardır".

V.Əsədov əlavə edib ki, qaydaları pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 771414 inzibati protokol, Mərkəzi Məlumat Xidmətində (MMX) tərəfindən isə 271126 elektron protokol tərtib edilib: "Piyadaların qaydaları pozması hallarında da azalma müşahidə edilir. Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı 92754 halda piydalara inzibati məsuliyyətə cəlb edilib. Yəni ötən illə müqayisədə cərimə olunan piyadaların sayı 26 min fakt azalıb. Bu da öz növbəsində hadisələrin ümumi sayının azalmasına təsir göstərib.

Sürət həddinin aşılması ilə bağlı isə yol polisi əməkdaşları tərəfindən sürücülərə 9300 inzibati protokol, MMX-da isə avtomatik qaydada 10500 elektron protokol tərtib edilib.

Bundan əlavə, 619 avtoxuliqan, 14520 sərxoş və 233188 halda ötmə, manevretmə və yolayrıclarını keçmə qaydalarını pozan sürücü aşkar edilib. Sevindirici haldır ki, sürət həddinin aşan, polisin qanuni əmrinə tabe olmayan, dəmiryol keçidinin keçilməsi qaydalarını pozan sürücülərin sayı da azalıb".

Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR