Yeni deputat rektor vəzifəsində qalacaqmı?

Yeni deputat rektor vəzifəsində qalacaqmı?

Parlament seçkilərinə görə məzuniyyət götürən vəMilli Məclisin deputatı seçilənAzərbaycan İlahiyyat İnstitutunun rektoruCeyhun Məmmədovbu gündən işə çıxıb.


Bu barədə "Report”un sorğusuna cavab olaraq institutdan bildirilib.

Qeyd olunub ki, rektorun məzuniyyəti bu gün bitib və o, artıq iş başındadır: "Ceyhun Məmmədovun məzuniyyəti dövründə rektor vəzifəsiniinstitutun Elm və innovasiyalar üzrə prorektoruAqil Şirinovicra edib”.

C.Məmmədovun deputat kimi fəaliyyətə başlayandan sonraİlahiyyat İnstitutununrektoru vəzifəsində qalıb-qalmayacağına gəlincə, bildirilib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:"Hələlik bununla bağlı heç bir informasiya yoxdur. Qərar olanda ictimaiyyətə açıqlanacaq”.

Ceyhun Məmmədov

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası fevralın 9-da keçirilən parlament seçksində120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən C.Məmmədovun namizədliyini irəli sürüb.Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, o,62,7%səslə deputat seçilib.

2015-ci ilin parlament seçkilərinə qədər ali təhsil müəssisələrinin rektorları bu vəzifə ilə yanaşı, Milli Məclisin deputatı da ola bilirdilər. Həmin il keçirilən seçkilərdən sonra bir şəxsin həm rektor, həm də deputat vəzifəsini tutmasıtəcrübəsinə son qoyulub.

Xatırladaq ki, Prezidentİlham Əliyevin 2018-ci ilin mayın 21-də imzaladığısərəncam iləC.MəmmədovAzərbaycan İlahiyyat İnstitutununrektoru təyin edilib.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR