Yaralanmış suriyalı uşağın görüntüləri qəzəb doğurub – VİDEO

Yaralanmış suriyalı uşağın görüntüləri qəzəb doğurub   – VİDEO
  • DÜNYA

Suriyalı fəallar Hələb şəhərində hava zərbələrindən dağılmış binadan xilas edilən oğlan uşağının görüntülərini paylaşıblar.

Oxu.Az “The Guardian”-a istinadən xəbər verir ki, təcili yardım maşınında halsız və qan içində oturmuş oğlanın video və fotoları sosial mediada geniş paylaşılıb və bir çoxunun qəzəbinə səbəb olub.

Onun 5 yaşlı Omran Daqniş olduğu məlum olub. Yerli həkimlər oğlanın başından aldığı xəsarətdən müalicə olunduğunu bildirirlər.

Onun ailəsinin də hücumdan sağ çıxdığı güman edilir.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR