“Yaponiyanın ABŞ-la İran arasında vasitəçiliyini müsbət qarşılayırıq” – Tramp

“Yaponiyanın ABŞ-la İran arasında vasitəçiliyini müsbət qarşılayırıq” – Tramp

Donald Tramp Yaponiyanın ABŞ-la İran arasında vasitəçilik etməsini müsbət qarşılayıb.

"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mayın 27-də Tokioda Yaponiyanın baş naziri Sinzo Abe ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
O, ABŞ-la İran arasında Yaponiyanın vasitəçilik təklifindən danışıb: "Baş nazir Sinzo Abe və Yaponiyanın İranla yaxşı əlaqələrinin olduğunu bilirəm. Nə olacağını görəcəyik. İranın görüşmək tərəfdarı olacağına inanıram. Onlar istəsə, biz də istəyəcəyik. Heç kim pis bir işin olmasını istəməz, xüsusən də mən”.
Xatırladaq ki, Donald Tramp bugünki mətbuat konfransında demişdi: "İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq”.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, Tehran müharibə istəmir və ABŞ-la silahlı münaqişədən yayınmaq olar.
Qeyd edək ki, Donald Tramp həyat yoldaşı Melania Trampla Yaponiyada üçgünlük rəsmi səfərdədir.


Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR