Yanğının söndürülməsilə bağlı əlavə tədbirlər hazırlanır

Yanğının söndürülməsilə bağlı əlavə tədbirlər hazırlanır

"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının söndürülməsi üçün əlavə tədbirlər planı hazırlayır.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov bildirib ki, hazırda yanğın davam edir: "Platformada yanğın quyularda baş verir".

Onun sözlərinə görə, tədbirlər planına yanğının yeni avadanlıqlardan istifadə etməklə (köpüklə söndürmə və s.) söndürülməsi də daxil edilib: "Maksimum çalışıb, bu gün, sabah axtarışların əsas hissəsini görmək istəyirik. Əlavə gəmi də cəlb etmək istəyirik. Küləyin sürəti 20-25 metr/saniyə olanda da, axtarışları davam etdirəcəyik".

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR