Xristianlardan üzr istəyirik - Saar

Xristianlardan üzr istəyirik - Saar

Cənubi Livanda İsrail Müdafiə Qüvvələrinin əsgəri tərəfindən İsa Məsihin heykəlinə zərər verilməsi ciddi rüsvayçılıqdır.
Aktual.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar özünün X səhifəsində yazıb.
"Əminəm ki, bu çirkin hərəkəti edən hər kəsə qarşı lazımi sərt tədbirlər görüləcək. Bu utancverici hərəkət dəyərlərimizə tamamilə ziddir.
İsrail müxtəlif dinlərə və onların müqəddəs simvollarına hörmət edən, dinlər arasında tolerantlığı və hörməti dəstəkləyən bir ölkədir. Bu hadisəyə görə hissləri incidilən hər bir xristiandan üzr istəyirik”, - o əlavə edib.
Qeyd edək ki, dünən sosial mediada livanlı jurnalist tərəfindən paylaşılan və İsrail Müdafiə Qüvvələri tərəfindən təsdiqlənən bir görüntüdə əsgərin İsanın heykəlini çəkiclə sındırdığı görünür.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR