Xırdalanda sərnişin avtobusu qəzaya uğradı - FOTO

Xırdalanda sərnişin avtobusu qəzaya uğradı   - FOTO

Azərbaycanda növbəti dəfə sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Xırdalan şəhəri ərazisində baş verib.

192 saylı orta tutumlu sərnişin avtobusu yoldakı elektrik dirəyinə çırpılıb. Məlumata görə, qəzaya səbəb avtobusda yaranmış texniki nasazlıq olub. Nəticədə sürücü idarəetməni itirib və qəza baş verib.

10 TF 135 dövlət nömrə nişanlı avtobus Xırdalan-Sədərək istiqamətində fəaliyyət göstərib. Qəza zamanı avtobusun içində sərnişinlər olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Avtobusun çırpıldığı elektrik dirəyi aşıb. //Anspress.com

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR