Xaricə neçə milyon dollarlıq elektrik enerjisi satılıb?

Xaricə neçə milyon dollarlıq elektrik enerjisi satılıb?

Azərbaycandan bu ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə 19 milyon 875,41 min dollar dəyərində elektrik enerjisi satılıb. 

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 742,71 min dollar, yaxud 23,2% çoxdur.

İxrac edilən elektrik enerjisinin dəyərində olduğu kimi, həcmində də müsbət dinamika müşahidə edilib. 

Belə ki, hesabat dövründə xarici ölkələrə 463 milyon 408,13 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 189 820,26 min kVt/saat, yaxud 69,39% çoxdur.

Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,24%-nə bərabər olub.
 
Aktual.az
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR