"Xanımım uzaq qohumumdur" - Aparıcı Mikayıl danışdı


"Sevimli şou"nun keçmiş aparıcısı Mikayıl yeni veriliş aparacaq.

Aktual.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Sənətsevər" proqramına qonaq olan məşhur aparıcı bu yaxınlarda "Space"də yeni verilişlə efirə qayıdacağını bildirib.

O, "Sevimli şou"nun aparıcısından da danışıb: "Yeni aparıcı ilə münasibətim olsa da, paxıllığını çəkdim. Buna laqeyd qala bilmədim. Dörd ildir böyütdüyüm, ərsəyə gətirdiyim övladı... Dedim ki, saxlaya bilmirəm, ala sən saxla. Niyə etiraf etməyim ki, paxıllıq olmadı. Çünki o verilişdə həmişə mən var idim".

İki qızı olan Mikayıl ailəsindən də danışıb:"Xanımım uzaq qohumumuzdur. Ata-ana məsləhəti ilə evlənmişəm. Ailə qurmağım bir günün içində olub. Mənim xəbərim olmadan anamın planına uyğun olaraq həyat yoldaşımgilə getmişdik. Evə gələndən sonra anam dedi ki, filankəsin qızını alaqmı sənə? Dedim "hə", alın".

Xəbər 7898 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR