Xalq artisti Muxtar Maniyev vəfat edib

Xalq artisti Muxtar Maniyev vəfat edib

Xalq artisti Muxtar Maniyev vəfat edib.

Aktual.az  xəbər verir ki, bu barədə APA-ya C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. 

Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva bildirib ki, M.Maniyev dekbarın 22-də, səhərə yaxın dünyasını dəyişib:

"Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi. Elə bunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Təzəpir məscidinə aparıblar. Dəfnin harada olacağını hələ bilmirik. Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”. 

Qeyd edək ki, M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
 
Aktual.az  
Xəbər 1016 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR